Rusiya Silahlı Qüvvələri Kremlə hücum üçün pilotsuz təyyarələr istehsal edən Ukraynanın müdafiə sənayesi şirkətlərinə hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Anbar dayanacaqları və PUA-lar üçün buraxılış yerləri də vurulub. Kiyev rejiminin yaxın gələcəkdə Rusiyaya qarşı “terror aktları” törətmək planları pozulub"-, məlumatda deyilir.
Bildirilir ki, Rusiya ordusu Cənubi-Donetsk istiqamətində Ukrayna ordusunun Zaporojye vilayətindəki Dorojnyanka qəsəbəsinə qarşı əks-hücumlarını dəf edərək 50-dən çox ukraynalı əsgəri məhv edib:
"Zaporojyenin Novoyandreyevka, Dorojnyanka, həmçinin "DXR"də Nikolski, Neskuçnı və Novomikaylovka istiqamətində fəaliyyət göstərən altı Ukrayna diversant qrupu məhv edilib".
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...