Bakı-Tiflis-Bakı marşrutu üzrə ilk sərnişin qatarı Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.
Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstəriləcək. Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir.
Qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.
Bakı–Tiflis–Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq.
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...
- Maşın yoldan çıxaraq reklam lövhəsinə çırpıldı - Video
- 4 ton çətənə kolu məhv edildi
- Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qələbə qazanıb
- Bakıda əməliyyat: qardaşlar saxlanıldı - Video