Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.
“BUTA.TV” xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşən Mədinə həm də şəhid qızıdır.
O, Birinci Qarabağ Müharibəsi şəhidi, kapitan Vasif Sadıqovun övladıdır:
“Mənim heç qızıl medalım yox idi. Həmişə istəmişəm ki, qızıl medalım olsun və onu atama həsr edib. Çünki o da bu bayraq altında şəhid olub. Mən də həmin bayrağı, himni Avropada tanıdıram”.
Daha ətraflı videoda:
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...
- Maşın yoldan çıxaraq reklam lövhəsinə çırpıldı - Video
- 4 ton çətənə kolu məhv edildi
- Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qələbə qazanıb
- Bakıda əməliyyat: qardaşlar saxlanıldı - Video