Zəngilan sakini, 2009-cu il təvəllüdllü Yusif Yaqubov nüfuzlu xarici ali təhsil müəssisələrindən təqaüd qazanıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Y.Yaqubov ailəsi Zəngilan şəhərinə ilk köçlə gələnlərdəndir.
Hazırda 11-ci sinif şagirdi olan Y. Yaqubov Bakı şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseydə təhsil alıb. O, riyaziyyat üzrə respublika fənn olimpiadasının qaliblərindəndir.
Zəngilanlı məktəbli Azərbaycandakı ali təhsil müəssisələrinə də imtahansız qəbul hüququ qazanıb. O, ADA Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), UNEC və digər universitetlərdən qəbul alıb.
Onun qəbul aldığı xarici universitetlər arasında Böyük Britaniyanın Edinburq Universiteti, Çinin Şanxay "Jiao Tong" Universiteti və Harbin Texnologiya İnstitutu, Cənubi Koreyanın Seul Milli Universiteti, Türkiyənin Bilkənt, Sabancı və Koç universitetləri, ABŞ-nin Arizona Dövlət Universiteti və Peys Universiteti yer alır.
"Jiao Tong" Universiteti məktəbliyə 37 min, Bilkənt Universiteti 72 min, Sabancı Universiteti 109 min 500, Koç Universiteti 64 min 800, Arizona Dövlət Universiteti 80 min, Peys Universiteti isə 148 min ABŞ dolları məbləğində təqaüd təklif olunub.
Yusif Yaqubov xaricdə təhsil almaq istəyini reallaşdırmaq üçün dövlət proqramına müraciət edib.
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...
- Maşın yoldan çıxaraq reklam lövhəsinə çırpıldı - Video
- 4 ton çətənə kolu məhv edildi
- Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qələbə qazanıb
- Bakıda əməliyyat: qardaşlar saxlanıldı - Video