Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi növbəti dəfə beynəlxalq uğura imza atıb. Şirkət nüfuzlu “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsinin qalibi seçilərək beynəlxalq mükafata layiq görülüb.
Müsabiqə çərçivəsində şirkətlərin idarəetmə yanaşmaları, strateji baxışları və ümumi biznes fəaliyyətləri qiymətləndirilib. Qiymətləndirmə prosesi proqramın dörd əsas meyarı- strategiya, əməliyyatlar, innovasiya və korporativ mədəniyyət istiqamətləri üzrə aparılıb. Müsabiqənin nəticələrinə əsasən, “Araz” supermarketlər şəbəkəsi qeyd olunan bütün göstəricilər üzrə yüksək nəticələri və dayanıqlı biznes fəaliyyəti ilə fərqlənən şirkətlər sırasında birinci yerə layiq görülüb.
“Best Managed Companies Azerbaijan” proqramının əsas məqsədi ölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək, onların dayanıqlı inkişafını dəstəkləmək və geniş ictimaiyyətə tanıtmaqdır.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsinin əldə etdiyi bu uğur şirkətin innovativ idarəetmə prinsiplərinə, müştəriyönümlü fəaliyyətinə və davamlı inkişaf strategiyasına verilən beynəlxalq qiymətin göstəricisidir. Şirkət artıq ikinci dəfədir ki, bu nüfuzlu mükafata layiq görülür. Belə ki, “Araz” daha əvvəl “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin də qalibi olub.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...