Hindistanda bir siyasətçinin məbəd ziyarəti zamanı istifadə etdiyi portativ kondisionerlər sosial mediada müzakirələrə səbəb olub.
“BUTA.TV” xəbər verir ki, yayılan görüntülərdə məbəddə mərkəzi soyutma sistemi olmadığı üçün siyasətçinin özü ilə portativ kondisionerlər gətirdiyi əks olunub.
Kadrlarda əməkdaşların cihazları daim siyasətçinin olduğu istiqamətə yönəltdiyi və onu ziyarət boyunca izlədiyi görünür.
Videoda həmçinin siyasətçinin ibadəti zamanı ətrafındakı şəxslərin ona xüsusi xidmət göstərdiyi diqqət çəkib. Belə ki, bir nəfərin milçəkləri uzaqlaşdırmağa çalışdığı da görüntülərə düşüb.
Məlumata görə, siyasətçi ibadətdən sonra da portativ kondisionerlərin müşayiəti ilə məbədi tərk edib.
Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər Hindistanda bəzi dini və siyasi liderlərin həyat tərzi, komfortu və imtiyazları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə ibadət zamanı portativ kondisionerlərdən istifadə edilməsi təəccüblə qarşılanıb.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...