Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
BUTA.TV milli.az-a istinadən xəbər verir ki, Namiq Cəfərov Göygöl rayon icra başçısının birinci müavini təyin edilib.
Qeyd edək ki, bu təyinatadək Namiq Cəfərov rayon icra hakimiyyətində Ərazi idareətmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Namiq Cəfərov Naxçıvan Dövlət Universtetinin Hüquq fakultəsini bitirib. Xızı Rayon İcra Hakimiyyətində başçının köməkçisi, Gəncə "ASAN Xidmət” Mərkəzinin direktoru və Azərbaycan Dövlət Aqrar Universtetində məsul vəzifələrdə çalışıb.
O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və ”Şuşanın azad olunmasına görə”, eləcə də "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...