Binəqədidə “Çinar Park” yaşayış massivinə gedən əsas yolun bağlanmasından sonra alternativ olaraq Metropolitenin “Dərnəgül” deposunun ərazisindən yeni yol istifadəyə verilib.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən BUTA.TV-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə “Dərnəgül” elektrik deposunun şəhər dəmir yolu şəbəkəsinə qoşulması üçün budaq xətti çəkilir.
Qurumdan qeyd olunub ki, tikinti işləri ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin qarşısındakı yol müvəqqəti bağlanıb:
“Bu məqsədlə “Çinar Park” yaşayış massivi tərəfdə yaşayan əhalinin İlham Hacıyev küçəsi vasitəsilə şəhərə çıxışı deponun ərazisindən müvəqqəti salınmış yol vasitəsilə təmin edilib. Dəmir yolu xəttinin tikintisi başa çatan kimi depo ərazisindən keçən yol bağlanacaq və digər yol yenidən açılacaqdır”.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...