Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Belarus Respublikasının memarlıq və tikinti naziri Aleksandr Studnev ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə Bakının uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətinə toxunulub, bu mötəbər tədbirdə Belarus nümayəndə heyətinin iştirakının ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
İki ölkə liderlərinin qarşılıqlı hörmətə və etimada əsaslanan uzaqgörən siyasəti sayəsində Azərbaycan və Belarus arasında münasibətlərin sürətlə inkişaf etdiyi vurğulanıb, bu çərçivədə tikinti və təhlükəsizlik sahəsində ölkələrimizin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi