Xankəndidə dəmiryol vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Xankəndi dəmiryolunun inşasına başlanılıb:
"Artıq layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 50 faizi həyata keçirilib. Gələn il üçün tikinti işlərinin yekunlaşdırılması və istifadəyə verilməsi planlaşdırılır".
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi