İranın paytaxtı Tehranda min cütlük üçün təşkil olunan kütləvi toy mərasimində maraqlı görüntülər ortaya çıxıb.
“BUTA.TV” xəbər verir ki, tədbir çərçivəsində güllərlə bəzədilmiş hərbi maşınlardan toy avtomobili kimi istifadə olunub.
Tehranın müxtəlif bölgələrində keçirilən mərasimlərin əsas ünvanlarından biri İmam Hüseyn meydanı olub. Burada 110 cütlük nikah masasına əyləşib.
Kütləvi toy tədbirində çəhrayı və ağ rəngli bəzəklərlə dekorasiya edilmiş hərbi texnikaların toy korteji kimi istifadə edilməsi iştirakçıların və tamaşaçıların diqqətini çəkib.
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi