Bakıda hökm sürən əlverişsiz hava şəraiti magistraturaya qəbul imtahanında ciddi narazılığa səbəb olub.
“BUTA.TV” xəbər verir ki, güclü yağış səbəbindən bir çox bakalavr imtahan binalarına vaxtında çata bilməyib.
Dövlət İmtahan Mərkəzi (DİM) məsələ ilə bağlı rəsmi açıqlama yayaraq, hava şəraiti nəzərə alınmaqla müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakının təmin olunduğunu elan edib.
Lakin qurumun sözügedən bəyanatından sonra imtahan verən gənclərin yaxınları və valideynlər sosial şəbəkədə bunu təkzib ediblər. Onların sözlərinə görə, rəsmi açıqlamaya baxmayaraq, imtahan mərkəzlərinin qapıları gecikən bakalavrların üzünə bağlanıb və onlar içəri buraxılmayıblar.



- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi