ABŞ Prezidenti Donald Trump İrana qarşı sərt açıqlamalar verib. O, Vaşinqtonun istədiyi təqdirdə İranı qısa müddətdə ağır şəkildə məhv edə biləcəyini iddia edib.
BUTA.TV xəbər verir ki, bu barədə Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində danışıb.
Tramp bildirib ki, İranı zəif hesab etmir, lakin ABŞ istəsə, iki gün ərzində ölkəyə ciddi zərbə endirə bilər. O, həmçinin İran tərəfini danışıqlarda etibarsız və qeyri-normal davranmaqda ittiham edib.
ABŞ Prezidenti deyib ki, İran rəsmiləri əvvəlcə Vaşinqtonun bütün tələblərini qəbul etməyə hazır olduqlarını bildirirlər, lakin daha sonra əvvəlki danışığı inkar edirmiş kimi davranırlar.
“Bu, yəqin ki, beş dəfə baş verib. Onlarda bir problem var”, – deyə Tramp vurğulayıb.
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi