“Mən rus deyiləm, yarı azərbaycanlıyam. Bu o deməkdir ki, mən yarı xristian, yarı müsəlmanam”.
“BUTA.TV” xəbər verir ki, bunu Rusiyanın Mavrikidəki səfiri İradə Zeynalova bu ölkənin mətbuatına müsahibəsində deyib.
“Avropa standartlarına görə qaradəriliyəm. Ona görə də burada, Mavrikidə insanların fərqli olduğu, müxtəlif dinlərə, millətlərə və irqlərə mənsub olduğu bir mühitdə olmaq mənim üçün yeni bir şey deyil”, - Zeynalova bildirib.
Diplomatın sözlərinə görə, bütün bu fərqlər heç bir əhəmiyyət kəsb etmir.
“İnsan insandır”, - o əlavə edib.
Qeyd edək ki, İradə Zeynalova 1972-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı Aftandil Zeynalov, anası milliyətcə rusdur. Uzun illər Rusiya mediasında aparıcı və jurnalist olaraq çalışan İ.Zeynalova 2022-ci ildə Rusiya XİN-in Diplomatiya akademiyasında təhsil aldığını açıqlayıb. 2024-cü ilin sentyabrından Rusiyanın Mavrikidəki səfiri vəzifəsində çalışır.
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi