Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması təkmilləşdiriləcək.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.
Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər.
Tərəflər həmçinin sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının uzunmüddətli proqnozlar əsasında təmin edilməsi, davamlı və dinamik inkişafına nail olunması məqsədilə zəruri islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməklə də bağlı razılığa gəliblər.
Bununla yanaşı, vətəndaşlara pensiya təminatı ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması məqsədilə innovativ həllərin tətbiqi dairəsini genişləndirilməsi hədəflər arasındadır.
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi