Hər gün yüzlərlə insan öz görünüşünü paylaşır və bu da başqalarında müqayisə hissini artırır. Xüsusilə qadınlar tez-tez proqramlarla ideal göstərilən bədən və üz görüntüləri ilə qarşılaşır, onları bəyənir və zamanla özləri də həmin görünüşə sahib olmaq istəyirlər. Bu istək bir çox insanı estetik əməliyyatlara yönləndirir. Maraqlıdır ki, estetik müdaxilədən bir dəfə istifadə edən bəzi insanlar sonradan daha çox dəyişiklik istəyə bilir. Çünki ilk əməliyyatdan sonra qorxu azalır və bu proses bəzən bir növ asılılığa çevrilə bilir.
Bu sözləri BUTA.TV-a açıqlamasında psixoloq Gülnar Orucova gənclərin plastik əməliyyatlara artan marağı barədə danışarkən deyib.
Psixoloqun fikrincə, əməliyyatların kreditlə əlçatan olması da insanları qərar verməyə sövq edir.
Gülnar Orucova əməliyyatdan öncə yaxşı düşünməyi tövsiyə edib:
“İnsan sırf başqalarının fikrinə görə və ya cəmiyyətin yaratdığı standartlara uyğunlaşmaq üçün bədənini riskə atmamalıdır. Mükəmməl görünüş əldə etmək naminə həyatınızı riskə atmayın. Qərar verməzdən əvvəl öz sağlamlığınızı, gələcəyinizi, övladınızı və ailənizi düşünün. Mən hər zaman bunu tövsiyə edirəm”.
- “Arsenal”dan PSJ-yə erkən qol şoku - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...