Bu gecə “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
“BUTA.TV” xəbər verir ki, Bakı vaxtı ilə 23:00-da baş tutacaq ikinci yarımfinalda da 15 ölkənin nümayəndələri mübarizə aparacaq.
İkinci yarımfinalın açılışını Bolqarıstan, sonuncu çıxışını isə Norveç edəcək. Azərbaycan təmsilçisi Cəmilə Həşimova (JIVA) bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxacaq.
Qeyd edək ki, yubiley xarakterli 70-ci “Avroviziya” mahnı müsabiqəsinin final mərhələsi mayın 16-da baş tutacaq.
***
Beynəlxalq musiqi yarışı “Avroviziya 2026” başlayıb.
***
Təmsilçimiz bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxıb.
***
“Avroviziya 2026”nın ikinci finalçıları bəlli olub. Azərbaycan təmsilçisi JIVA final mərhələsinə adlaya bilməyib.
İkinci finalçıları təqdim edirik:
1. Bolqarıstan
2. Ukrayna
3. Norveç
4. Avstraliya
5. Rumıniya
6. Malta
7. Kipr
8. Albaniya
9. Danimarka
10. Çexiya
- “Arsenal”dan PSJ-yə erkən qol şoku - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...