Bu gün mənim üçün önəmli bir mərhələ başa çatdı. "Speys" TV-də keçən illər ərzində çox mürəkkəb, eyni zamanda dəyərli bir yol keçdik. Kanalın ən çətin dövrlərində belə komandamızla birlikdə efiri qorumağa, yeni layihələr qurmağa və tamaşaçı marağını yenidən artırmağa çalışdıq. Müəyyən dövrdə "Speys"in ölkənin ən çox izlənilən ikinci televiziya kanalına çevrilməsi də bu zəhmətin nəticəsi idi.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bunu “Speys” televiziyasının keçmiş direktoru Vado Korovinin kürəkəni olan və bir müddət kanal rəhbəri vəzifəsini icra etmiş N.Əbdüləliyev işdən çıxması ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
“Bu müddətdə qəbul olunan bir çox qərarın doğru və faydalı olduğuna inanıram. Ən əsası isə, bütün çətinliklərə baxmayaraq, prosesləri dağıtmadan və sabitliyi qoruyaraq bu mərhələni tamamlaya bildik.
Mənim üçün ən dəyərli məsələlərdən biri də gənc kadrların təcrübəli televiziya işçiləri ilə birlikdə yetişməsi və bu sinerjinin kanala yeni nəfəs gətirməsi oldu.
Son dövrlərdə kanalın stabilliyi, efirin davamlılığı və proseslərin idarə olunması üçün əlimdən gələnin maksimumunu etməyə çalışdım.
Bu gün göstərilən səmimiyyətə və münasibətə görə kollektivə ayrıca təşəkkür edirəm. Həyatda insanın necə qarşılanmasından çox, necə yola salınması yadda qalır.
Yeni rəhbərlə qısa müddətdə ünsiyyət zamanı onda peşəkar keyfiyyətləri gördüm. İnanıram ki, kollektivin dəstəyi ilə qarşıdakı dövrdə kanalın inkişafı üçün əlindən gələni edəcək.
Birlikdə çalışdığım bütün insanlara təşəkkür edir, Speys kollektivinə və yeni rəhbərliyə uğurlar arzulayıram”, – o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Nəriman Əbdüləliyevin “Speys” televiziyasındakı vəzifəsindən ayrıldığı, kollektivlə vidalaşdığı barədə məlumatlar yayılmışdı.
Onu da bildirək ki, bir neçə gün əvvəl Ayaz Mustafayev “Space” televiziyasının yeni baş direktoru təyin olunub. O, telekanalın keçmiş rəhbəri Vado Korovinin qızı, Nəriman Əbdüləliyevin həyat yoldaşı Zemfira Korovinanı işdən azad edib.
- “Arsenal”dan PSJ-yə erkən qol şoku - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...