Sumqayıtda, 57 saylı körpələr evi-uşaq bağçasında naməlum əşyalar aşkarlanıb.
“BUTA.TV” xəbər verir ki, mövcud vəziyyətdən valideynlər təşvişə düşüblər.
Onların sözlərinə görə, telefonla məlumat alan kimi bağçaya gəlib, uşaqları götürərək evə aparıblar.
Araşdırma zamanı həmin əşyaların içi boş və istismara yararsız mərmilər olduğu ortaya çıxıb.
57 saylı körpələr evi-uşaq bağçasından bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb. Təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.
Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır. Aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.
Faktla bağlı aidiyyəti qurumlar araşdırma aparır.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ-dən bərabərlik qolu - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi