Azərbaycanda ailə quranların sayının kəskin azalması narahatlıq doğurub.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Turab Rzayev qeyd edib.
O, bu ilin yanvar-fevral aylarındakı statistikaya - ailə quranların sayının əhalinin hər 1000 nəfərinə nisbətdə 3,2-yə düşməsinə diqqət çəkib və bunu “demoqrafik fəlakət” adlandırıb.
Politoloq bildirib ki, 1000 nəfərə düşən nikah sayı Türkiyədə 6,6, Gürcüstanda 5,9, Ermənistanda 5,1, Macarıstanda 4,9, Almaniyada 4,2, Polşada 3,7, Yunanıstanda isə 3,5-dir.
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video
Avropa ölkələri uzun illərdir ki, nikah sayının aşağı düşməsi, əhali azalmasından əziyyət çəkir. Azərbaycan hətta Avropanın bəzi ölkələrində nikah sayında geri qalır.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda bu səviyyədə nikah azalması olmayıb. Ən aşağı göstərici 1942-ci ildə İkinci Dünya müharibəsinin davam etdiyi və 2020 ildə koronavirus pandemiyasının yayıldığı zaman qeydə alınıb. 1942-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,6, 2020-ci ildə isə 3,5 olub.
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video