ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi ağacəkmə aksiyasında iştirak edib.
Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış müvafiq “Anlaşma Memorandumu" əsasında təşkil olunub.
Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 il ərzində ümumilikdə 1 000 000 ağac əkməkdir.
Aksiya Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış sahədə keçirilib. Başlanğıc günündə 1 hektar ərazidə 625 ağac əkilib. Növbəti günlərdə isə ağacəkmə 60 hektar sahədə aparılacaq. Bu il ümumən 37 500 ağac əkiləcək. Müvafiq qurumların, o cümlədən ABB-nin dəstəyi ilə ərazidə damla-sulama sistemi də qurulub.
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video