Azərbaycan Memarlıq və İnşaat Universitetində “Changers Academy” tərəfindən təşkil olunan təqdimat çərçivəsində tələbələr memarlıq və tikinti sahəsində müasir trendlər, innovativ yanaşmalar və karyera imkanları ilə tanış olublar.
BUTA.TV xəbər verir ki, tədbir “Kristal“ tikinti şirkətinin tərəfdaşlığı ilə həyata keçirilib.
Təqdimat zamanı müxtəlif istiqamətlər üzrə tədris proqramlarını təmsil edən instruktorlar çıxış edərək tələbələrə real layihələr əsasında praktiki biliklər təqdim ediblər. Proqram çərçivəsində aşağıdakı mövzular əhatə olunub:
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video
- Böyük tikinti komplekslərinin vizuallaşdırılması və animasiyası;
- Süni intellektin memarlıq dizaynında rolu və tətbiq sərhədləri;
- Digital memarlıq və layihələndirmə prosesləri;
- Fasad mühəndisliyi və müasir texniki həllər;
- Tikinti layihələrinin idarə olunması.
Çıxışlar zamanı qeyd olunub ki, texnologiyanın sürətli inkişafına baxmayaraq, memarlıq və tikinti sahəsində insan faktoru həlledici olaraq qalır. Xüsusilə fasad mühəndisliyi, tikinti layihələrinin idarə olunması və kompleks dizayn prosesləri kimi istiqamətlər süni intellekt tərəfindən tam əvəz olunmayan sahələr kimi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində tələbələr qısa müddətdə həm nəzəri, həm də praktiki biliklər əldə edib, real tikinti layihələrində istifadə olunan vizual və texniki yanaşmalarla tanış olublar. Təlimin sonunda sual-cavab sessiyası təşkil olunub və iştirakçılar üçün xüsusi endirim imkanları təqdim edilib.
“Changers Academy” “Kristal“ tikinti şirkətinin rəsmi tərəfdaşıdır və təlimlərin praktiki hissəsi məhz şirkətin real tikinti layihələrində həyata keçirilir. Bu yanaşma tələbələrin biliklərini real iş mühitində tətbiq etməsinə şərait yaradır.
Akademiyanın əsas məqsədi iştirakçıları əmək bazarında rəqabət aparacaq səviyyəyə çatdırmaq, onlara real layihələr üzərində formalaşan praktik bacarıqlar qazandırmaqdır.
Əgər siz də real bacarıqlar qazanaraq yüksək maaşlı və perspektivli karyera qurmaq istəyirsinizsə, “Changers Academy”in tədris proqramlarına müraciət edə bilərsiniz.
Telefon: +994 10 255 75 55
E-mail: [email protected]
Ünvan: İnşaatçılar metrostansiyasının yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsi 110
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video